Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-30 12:27:26
Rezidenturaya imtahan verənlərin sayı bu qədər artıb

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 1-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.

DİM-dən AzEDU-ya verilən məlumata görə, ərizələrin qəbulu internet vasitəsilə fevralın 15‑dən 22-dək aparılıb. İmtahanda iştirak üçün 1092 namizəd ərizə təqdim edib. Onlardan 931 nəfər Azərbaycan bölməsi, 161 nəfər rus bölməsi üzrə imtahan verəcək.

Ötən il  rezidenturaya qəbul imtanlarında iştirak etmək üçün  isə 1028 nəfər ərizəsini təsdiq edib. Onlardan   893-ü Azərbaycan, 135-i rus bölməsinin məzunlarıdır.

Nəticə etibarilə, bu il rezidenturaya sənəd verənlərin sayı 64 nəfər artıb.

Qeyd edək ki, bu il rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda–saat 11-00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

Nəzrin Rüstəmova