Azedu.az

Sabah maqnit qasırğası OLACAQ

Xəbərlər

19 Yanvar 2026, 16:58
Sabah maqnit qasırğası OLACAQ

Günəşdə güclü partlayış baş verib.
 

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının məlumatında bildirilib.

Laboratoriyanın saytında yerləşdirilmiş paylaşımda deyilir ki, M1.20 (güclü) səviyyəsində baş verən partlayış 19 yanvarda qeydə alınıb.

Ötən gün də Günəşdə güclü partlayışı baş vermişdi. Həmin partlayış X1.95 kimi təsnif edilib və bu, 2026-cı ilin ilk maksimum X sinif partlayışıdır.

Alimlər hesablayırlar ki, bu hadisə zamanı atılan plazma yanvarın 20-si günorta saatlarında Yerə çatacaq və G4 intensivliyinə qədər maqnit fırtınalarına səbəb ola bilər.

Meteohəssas insanların ehtiyatlı olması tövsiyə edilir.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox