Azedu.az

Araşdırma: Kannabis dərmanları effekt vermir

Xəbərlər

19 Yanvar 2026, 09:45
Araşdırma: Kannabis dərmanları effekt vermir

Nüfuzlu Cochrane təşkilatının yenilənmiş icmalı göstərir ki, kannabis əsaslı dərmanlar xroniki neyropatik ağrının müalicəsində gözlənilən effektləri vermir.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmada 2100-dən çox yetkin şəxsin iştirak etdiyi 20-dən artıq klinik sınaq təhlil edilib.

Nəticələr göstərir ki, THC və CBD kombinasiyaları bəzi hallarda cüzi ağrı azalması təmin etsə də, gündəlik həyatda nəzərəçarpacaq rahatlama yaratmır. Eyni zamanda THC tərkibli məhsulların istifadəsi başgicəllənmə və yuxululuq kimi yan təsirlərə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, xroniki neyropatik ağrı sinirlərin zədələnməsi nəticəsində yaranır və müalicəsi çətindir. Mövcud standart dərmanlar yalnız az sayda xəstədə ciddi rahatlama təmin etdiyi üçün son illərdə kannabis əsaslı müalicələrə maraq artıb. Bu məhsullar bitki mənşəli kannabis, THC və digər vasitələr formasında - inhalyasiya, ağız spreyi, tablet, krem və dəriyə yapışdırılan plastır şəklində tətbiq olunur.

Cochrane icmalı göstərir ki, hazırkı mərhələdə kannabis əsaslı dərmanlar xroniki neyropatik ağrı üçün etibarlı və effektiv müalicə kimi tövsiyə edilə bilməz. Tədqiqatçılar sahədə daha keyfiyyətli elmi araşdırmaların aparılmasının vacibliyini vurğulayırlar.

Zeynəb Tehranlı 

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox