"Event Horizon Telescope" beynəlxalq layihəsinin astronomları mart-aprel aylarında tarixdə ilk dəfə olaraq qara dəliyin videosunu çəkməyə hazırlaşırlar.
AzEdu.az bu barədə "Guardian" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, çəkiliş üçün onlar Günəş sistemi ölçüsündə və 6 milyard Günəş kütləsi olan kosmik obyekti seçiblər.
"Event Horizon Telescope" mart və aprel ayları ərzində M87 qalaktikasının mərkəzindəki nəhəng qara dəliyi hadisə üfüqünün kənarını təyin edən fırlanan diskin videomateriallarını əldə etmək məqsədilə izləyəcək - bu, nə işığın, nə də maddənin keçə bilmədiyi nöqtədir.
Qeyd olunur ki, "Event Horizon Telescope" - Antarktidadan İspaniya və Koreyaya qədər dünyanın müxtəlif nöqtələrində yerləşən 12 radioteleskopdan ibarət şəbəkədir. 2019-cu ildə bu layihənin astronomları qara dəliyin kölgəsinin dünyada ilk şəklini dərc ediblər.