Azedu.az

"Evrika" deyən gənclər: Kiçik yaşda böyük ixtiralara imza atan azərbaycanlılar

Xəbərlər

17 Yanvar 2026, 14:28
"Evrika" deyən gənclər: Kiçik yaşda böyük ixtiralara imza atan azərbaycanlılar

Hər il Azərbaycandan olan məktəblilər robot texnologiyaları sahəsində innovativ ideyalarla beynəlxalq müsabiqələrdə iştirak edirlər. Onların hazırladıqları robotlar təkcə əyləncə üçün deyil, həm də sosial problemlərin həllində istifadə olunur. 

AzEdu.az uşaq ixtiraları günü münasibətlə azərbaycanlı gənclərin istedadlarını təqdim edir.

Belə ki, Bakı şəhəri 62 nömrəli məktəb-liseyin şagirdi Həsən Quliyev ilk aerokosmik startapı 13 yaşında ikən  “AzAstro”nu təsis edib. H.Quliyev həm “Kiçik Akademiya”nın prezidenti, həm də startapın icraçı direktoru kimi fəaliyyət göstərir. Layihə çərçivəsində pilotsuz uçuş aparatları (PUA-lar), model peyklər və onların komponentləri hazırlanır.

Gənc ixtiraçılar arasında Reyhan Camalova da ön sıradadır.Belə ki, o, 15 yaşında sinif yoldaşı Zəhra Qasımzadə tərəfindən hazırlanan “Reynerci” qurğusu yağış suyundan enerji əldə edir. Qurğuda yağış suyu xüsusi çənlərdə toplanır və pərlər vasitəsilə fırladılaraq enerji çıxarılır. İlkin prototip 22 vatt elektrik enerjisi istehsal edir və kiçik lampaları işıqlandırmaq mümkündür. Layihə beynəlxalq forumlarda xarici investorların diqqətini cəlb edib.

Bundan əlavə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 9-cu sinif şagirdi olarkən İmran Nəsibov “Teknofest 2021”də Azərbaycanı təmsil etmişdi. İmranın təqdim etdiyi “Zəfər yolu” kosmik stansiya modeli modul xarakteri və teleskopik strukturlu sistemi ilə fərqlənir. Stansiya komponentləri kosmosa göndərildikdə bir-birinin içində yerləşir və lazımi hündürlüyə çatdıqda sistem işlək vəziyyətə gəlir. Enerji tələbatı əsas modul və kürə formalı hissələrdəki günəş panelləri tərəfindən təmin olunur.

Azərbaycanlı gənclər ixtiraları ilə həm ölkə daxilində, həm də beynəlxalq arenada diqqət mərkəzinə çevrilirlər. Onların hazırladığı innovativ layihələr elm, texnologiya və alternativ enerji sahələrində yeni imkanlar açır, cəmiyyət üçün faydalı həllər təqdim edir. Bu uğurlar sübut edir ki, Azərbaycan gəncliyi yaradıcı düşüncəsi və elmi potensialı ilə gələcəyin texnoloji inkişafında mühüm rol oynamağa hazırdır və onların nailiyyətləri yeni nəsil üçün güclü motivasiya mənbəyidir.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox