Azedu.az

Dəm qazından zəhərlənən azyaşlı və ailəsinin vəziyyəti açıqlanıb-YENİLƏNİB

Xəbərlər

17 Yanvar 2026, 13:24
Dəm qazından zəhərlənən azyaşlı və ailəsinin vəziyyəti açıqlanıb-YENİLƏNİB

Bu gün saat 00:50 radələrində dəm qazı zəhərlənməsi şübhəsilə 4 nəfər (2-i kişi, 2-i qadın) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

AzEdu.az xəbər verir ki, bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

 

09:26

Zaqatalada qazdan zəhərlənmə faktı qeydə alınıb.

AzEdu.az xəbər verir ki, hadisə ötən gün axşam saat 22:00 radələrində Zaqatala şəhəri Ərəblinski küçəsi, 50 ünvanında baş verib.

1960-cı il təvəllüdlü Sura Vəliyullah qızı Səmədova, 1994-cü il təvəllüdlü İranə İlham qızı Səmədova, 2020-ci il təvəllüdlü İsrafil Polad oğlu Səmədsoy və 2024-cü il təvəllüdlü Elisa Polad qızı Səmədsoy zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Birinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Müayinə zamanı məlum olub ki, bir ailənin dörd üzvü, o cümlədən iki azyaşlı qazdan zəhərlənib. Zəruri tibbi yardım göstərildikdən sonra ana İranə Səmədova və övladları İsrafil və Elisa Səmədsoyların vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıblar.

Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

SON DƏQİQƏ! İranın yeni müdafiə naziri də ö*ldürüldü
Son xəbərlərDaha çox