Azedu.az

Azərbaycan universitetlərində neçə iranlı tələbə oxuyur? - SORĞU

Xəbərlər

19 Yanvar 2026, 09:22
Azərbaycan universitetlərində neçə iranlı tələbə oxuyur? - SORĞU

Bildiyimiz kimi, İranda son dövrlərdə iqtisadi çətinliklər, beynəlxalq sanksiyalar və hökumətin siyasətinə qarşı genişmiqyaslı etirazlar müşahidə olunur. İnsanlar daha çox hüquq və azadlıqlar, iqtisadi vəziyyətin yaxşılaşdırılması və siyasi islahatlar tələb edirlər.

Xüsusilə cənubi azərbaycanlıların kompakt yaşadığı bölgələrdə milli özünüdərk və hüquq tələbləri günbəgün güclənməkdədir.

Bu kontekstdə AzEdu.az Azərbaycan ali təhsil müəssisələrində təhsil alan İran vətəndaşlarının sayı ilə bağlı sorğu keçirib.

Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 300-dən çox iranlı tələbə təhsil alır

ADA Universitetində hazırda müxtəlif fakültələr üzrə 11 iranlı tələbə təhsil alır.

Bakı Avrasiya Universitetində (BAAU) isə 3 iranlı tələbə təhsil alır. Onlardan biri mühasibatlıq, biri ingilis dili tərcümə, digəri isə fransız dili tərcümə ixtisası üzrə oxuyur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ümumilikdə 9 iranlı tələbə təhsil alır. Onlardan 5 nəfəri dizayn ixtisası üzrə oxuyur. Digər tələbələr isə aktyor sənəti, instrumental ifaçılıq (tar), rejissorluq və populyar musiqi və caz ifaçılığı (vokal) ixtisasları üzrə təhsil alırlar.

Xəzər Universitetində hazırda 8 iranlı tələbə təhsil alır. Onlardan 2 nəfəri doktorantura, 2 nəfəri magistratura, 4 nəfəri isə bakalavr pilləsində oxuyur. Bakalavr pilləsində təhsil alan tələbələrdən 2-si kompüter elmləri, 1-i kompüter mühəndisliyi, 1-i isə biznesin idarə edilməsi ixtisasını seçib.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) isə 3 iranlı tələbə təhsil alır. Həmin tələbələrin hamısı ingilis dilində biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) hazırda 2 iranlı tələbə magistratura təhsil alır. Onlardan biri kimya, digəri isə qaz-neft-mədən ixtisası üzrə təhsil alır. 

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox