Azedu.az

Günəşdə çox böyük ölçüdə tac dəliyi əmələ gəlib

Xəbərlər

16 Yanvar 2026, 15:41
Günəşdə çox böyük ölçüdə tac dəliyi əmələ gəlib

Günəşdə təxminən bir milyon km ölçüsündə böyük "koronal" dəlik (tac dəliyi) əmələ gəlib.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

"Günəşdə növbəti nəhəng "koronal" dəlik əmələ gəlib və bu dəfə olduqca qeyri-adi formadadır. Tərs çevrilmiş nəhəng "1" rəqəmini xatırladır, amma təsvir gücünü nəzərə alsaq, burada, buludlarda olduğu kimi, yəqin ki, çox şey görmək olar. "Rəqəm"in hündürlüyü təxminən bir milyon kilometrdir", - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, Günəşin "koronal" dəliklər tərəfindən "işğal edilməsi" hələ 2025-ci ildə başlayıb və bu da maqnit qasırğalarının sayının kəskin artmasına səbəb olub.

"Bu tendensiyanın dəyişəcəyinə dair heç bir əlamət yoxdur - sadəcə bugünkü Günəşə baxmaq kifayətdir. Yeni ildə maqnit qasırğalarının sayının əvvəlki ilin rəqəmlərini üstələməsi gözlənilir", - deyə məlumatda əlavə edilib.

Maqnit qasırğalarının sayının artmasının ən azı daha iki il davam edə biləcəyi qeyd olunur. Bu iki il qütb parıltılarını müşahidə etmək üçün də əlverişli olacaq.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox