Azedu.az

“Müəllimlik sadəcə dərs keçmək deyil” - “İlin gənc müəllimi Gülnisə Əliyeva

Xəbərlər

15 Yanvar 2026, 14:04
“Müəllimlik sadəcə dərs keçmək deyil” - “İlin gənc müəllimi Gülnisə Əliyeva

“Azərbaycan müəllimi” qəzeti və AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi” müsabiqəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən 10 müəllim qalib seçilib.

Müsabiqə nəticəsində öz fəaliyyəti ilə fərqlənən, eləcə də müasir dərs metodlarından istifadə etməklə keyfiyyətli və yaradıcı təhsil mühiti formalaşdıran ən yaxşı 10 gənc pedaqoq mükafatlandırılıb.

AzEdu.az “İlin gənc müəllimi” müsabiqəsinin qaliblərinin təəssüratlarını oxucularla bölüşür.

Bu dəfə sizə Gülnisə Əliyevanın təhsili, müəllimlik fəaliyyəti, şagirdlərlə münasibəti və uğur yolunu təqdim edirik.

2017-ci ildə Bakı Dövlət Universitetinin Fizika müəllimliyi ixtisasını bitirib və həmin ildən pedaqoji fəaliyyətə başlayıb:

176081

“2017-ci ildə Bakı Dövlət Universitetinin Fizika müəllimliyi ixtisasını bitirmişəm. Həmin ildən MİQ imtahanında iştirak edərək pedaqoji fəaliyyətə başlamışam. Hazırda Ucar rayon Sehran Salmanov adına Bağman kənd tam orta məktəbində fizika müəllimi kimi çalışıram.

Müəllimlik dövründə müxtəlif təlimlərdə, seminar və layihələrdə iştirak etmişəm. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda sertifikatlı zal nəzarətçisi kimi çalışmışam. Eyni zamanda mentor müəllim kimi gənc həmkarlarla işləyərək təcrübəmi paylaşmışam".

Onun üçün müəllimlik şagirdin özünə inamını formalaşdırmaq, onu düşündürmək və araşdırmağa həvəsləndirməkdir:

“Müəllimliyə heç vaxt təkcə dərs keçmək kimi yanaşmamışam. Fizika fənnini şagirdlərə sevdirmək üçün dərslərdə daha çox praktik nümunələrə, gündəlik həyatdan misallara və qarşılıqlı müzakirələrə üstünlük verirəm.

Dərsdənkənar fəaliyyətlərə həmişə xüsusi önəm vermişəm. Şagirdlərlə bilik yarışları, fənn gecələri və maarifləndirici tədbirlər təşkil etmişəm. Düşünürəm ki, valideyn-şagird-mü əməkdaşlığı olmadan real nəticə əldə etmək çətindir".

Müsahibimiz 2025-ci ilin onun üçün yaddaqalan olduğunu da vurğulayıb:

176080

“2025-ci il mənim üçün həqiqətən yaddaqalan oldu. İlin əvvəlində "Örnək müəllim" layihəsi üzrə ölkə üzrə seçilən 170 müəllimdən biri oldum, ilin sonunda isə "İlin gənc müəllimi" müsabiqəsində "TOP-10"luğa düşən müəllim kimi təltif olundum. Bu yolda göstərilən diqqət və dəyərə görə AzEdu Təhsil Portalının rəhbərliyinə və bütün əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm.”

Hazırda sosial məzuniyyətdə olduğunu deyən Gülnisə Əliyeva bu dövrü fasilə kimi deyil, inkişaf fürsəti kimi dəyərləndirdiyini bildirib:

“Hazırda sosial məzuniyyətdəyəm. Amma bu dövrü fasilə kimi yox, inkişaf mərhələsi kimi dəyərləndirirəm. Təhsil sahəsindən uzaqlaşmır, yenilikləri daim izləyirəm. Gələcəkdə də təhsil sahəsində faydalı layihələrdə yer almağı planlaşdırıram və həmkarlarımı da bu cür layihələrə qoşulmağa təşviq edirəm".

176085

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox