Azedu.az

Azərbaycan dilinin lüğət ehtiyatı zənginləşdiriləcək

Xəbərlər

14 Yanvar 2026, 16:30
Azərbaycan dilinin lüğət ehtiyatı zənginləşdiriləcək

Azərbaycan dilinin lüğət ehtiyatı zənginləşdiriləcək, Azərbaycan dili normaları təkmilləşdiriləcək.

AzEdu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda əksini tapıb.

Həmçinin konsepsiyaya əsasən, Azərbaycan dili dialektləri tədqiq ediləcək, Azərbaycan dilindən Birləşmiş Millətlər Təşkilatının əsas dillərinə, türk dillərinə və həmin dillərdən Azərbaycan dilinə tərcümə lüğətləri hazırlanacaq və yayılacaq.

SON DƏQİQƏ! İranın yeni müdafiə naziri də ö*ldürüldü
Son xəbərlərDaha çox