Türkiyənin ali təhsil müəssisələrində 2026-2027-ci tədris ili üçün doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb.
AzEdu.az xəbər verir ki, təqaüd proqramı üzrə müraciətlər üçün son tarix 20 fevral 2026-cı il müəyyən edilib.
Qeyd edək ki, proqrama müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə elektron müraciət üçün son tarix isə 2 mart 2026-cı il təyin edilib.
Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.