Azedu.az

ABŞ-də yeniyetmələrin qazdığı tunel çökdü: ölən var

Xəbərlər

14 Yanvar 2026, 14:21
ABŞ-də yeniyetmələrin qazdığı tunel çökdü: ölən var

ABŞ-ın Florida ştatında parkda baş verən bədbəxt hadisə 14 yaşlı yeniyetmənin ölümü ilə nəticələnib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Citrus County-də yerləşən Sportsman Parkda qeydə alınıb. Məlumata görə, iki yeniyetmə park ərazisində qumlu torpağı qazaraq tunel düzəldib. Təxminən 1,5 metr dərinliyə çatdıqdan sonra torpaq qəfil çöküb və hər iki uşaq torpaq altında qalıb.

Xilasedicilər hadisə yerinə cəlb edilib və uşaqlar təxminən 30 dəqiqə sonra torpaq altından çıxarılıb. Yeniyetmələrdən biri həyatını itirib, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər bildiriblər ki, bölgədə geniş yayılmış yumşaq qumlu torpaq bu cür qazıntılar üçün son dərəcə təhlükəlidir. Hadisə ilə bağlı araşdırma aparılır.

Zeynəb Tehranlı

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox