"Barbi" kuklalarını istehsal edən ABŞ-nin "Mattel" şirkəti autizm spektr pozğunluğu olan insanı imitasiya edən oyuncaq istehsal edib.
AzEdu.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat verib.
Şirkətdən bildiriblər ki, bu yeni məhsul daha çox uşağın "özünü Barbi kimi görməsinə" və bütün uşaqları ətrafdakı dünyanı əks etdirən kuklalarla oynamağa təşviq etməsinə dəstək üçün hazırlanıb.
Kuklanın gözləri bir qədər yanda yerləşdirilib və bu, sözügedən xəstəlikdən əziyyət çəkən insanların birbaşa göz təmasından qaçdığını əks etdirir. O, həmçinin parçanın "dəri" ilə təmasını minimuma endirmək üçün geniş geyimlər geyinib.
