Azedu.az

Meta Avstraliyada 550 min yeniyetmə hesabını bağladı

Xəbərlər

13 Yanvar 2026, 09:22
Meta Avstraliyada 550 min yeniyetmə hesabını bağladı

ABŞ-ın texnologiya nəhəngi Meta Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsini məhdudlaşdıran qanunun icrası çərçivəsində təxminən 550 min hesabı deaktiv edib.

AzEdu.az xəbər verir ki, bu barədə Avstraliya Yayım Quruluşu (ABC) Meta-nın rəsmi açıqlamasına istinadla məlumat yayıb.

Bildirilib ki, gənclər üzərində sosial medianın mümkün zərərli təsirlərini azaltmaq məqsədi daşıyan və 10 dekabr 2025-ci ildə qüvvəyə minən qanuna əsasən, 16 yaşdan aşağı istifadəçilərin müxtəlif sosial media platformalarına girişinə məhdudiyyət qoyulub.

Meta-nın açıqlamasına görə, 4-11 dekabr 2025-ci il tarixləri arasında aparılan yoxlamalar nəticəsində 16 yaşdan aşağı şəxslərə məxsus olduğu müəyyən edilən hesablar mərhələli şəkildə bağlanıb. Bu müddət ərzində Instagram-da təxminən 330 min, Facebook-da 173 min, Threads platformasında isə 39 min hesab deaktiv edilib.

Şirkət eyni zamanda qeyd edib ki, hökumətlərin birbaşa qadağalar tətbiq etmək əvəzinə texnologiya sektoru ilə “konstruktiv əməkdaşlıq” etməsi daha məqsədəuyğundur. Meta, xüsusilə “təhlükəsiz, məxfiliyi qoruyan və yaşa uyğun onlayn təcrübələrin” yaradılmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, istifadəçilərin yaşının müəyyən edilməsi üçün tətbiq olunan “ardıcıl olmayan” doğrulama mexanizmlərini tənqid edib.

Məlumata görə, Avstraliyanın baş naziri Entoni Albanesenin rəhbərlik etdiyi hökumət də yaxın günlərdə 16 yaşdan aşağı şəxslərə aid neçə sosial media hesabının bağlandığı ilə bağlı rəsmi statistikanı ictimaiyyətə açıqlamağı planlaşdırır.

Zeynəb Tehranlı

İran`da her GEÇEN SAAT can kaybı ARTIYOR....
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox