Azedu.az

Ay və Yer vaxtını sinxronlaşdırmağın yeni üsulu

Xəbərlər

13 Yanvar 2026, 08:42
Ay və Yer vaxtını sinxronlaşdırmağın yeni üsulu

Ay vaxtını dəqiq ölçmək və onu Yer vaxtı ilə sinxronlaşdırmaq üçün Çin alimləri xüsusi proqram təminatı hazırlayıblar.

AzEdu.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Məlumata görə, "artan qlobal Ay yarışı" şərtlərində Yer kürəsinin təbii peykində daha dəqiq naviqasiyanı təmin etmək üçün yeni texnologiya yaradılıb.

Məsələ ondadır ki, Ay vaxtı Yer vaxtından fərqlənir və səbəb Ayın daha aşağı cazibə qüvvəsinə malik olmasıdır. Fərq böyük deyil - gündə təxminən 56 milyondabir saniyə, lakin bu fərq toplandıqda, Yerdəki vaxtı Ay üzərində işləmək üçün yararsız hala gətirir. Bu problemi həll etmək üçün Nankindən olan Çin astronomları xüsusi proqram təminatı hazırlayıblar.

Qəzet yazır ki, indi mürəkkəb hesablamalar əvəzinə Ay və Yer vaxtı "bir addımda" müqayisə edilə bilir. Buna qədər Aya ekspedisiyalar hər uçuş üçün müvafiq düzəlişlərlə Yer vaxtından istifadə edirdilər. Lakin Aya buraxılışların sayı artdıqca, belə proqram təminatı həm aktual, həm də zəruri hala gəlib.

İran`da her GEÇEN SAAT can kaybı ARTIYOR....
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox