Azedu.az

Bakı məktəblilərinin startapları beynəlxalq səviyyədə uğur qazandı

Xəbərlər

12 Yanvar 2026, 15:30
Bakı məktəblilərinin startapları beynəlxalq səviyyədə uğur qazandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdləri Cavidan Bayramlı və Məryəm Abdullayeva beynəlxalq səviyyəli layihə və tədbirlərdə qazandıqları uğurlarla fərqlənirlər.

BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, məktəbin şagirdi Cavidan Bayramlı həmtəsisçisi olduğu qida israfına qarşı innovativ yanaşmalar təqdim edən “SnackPack” startapı ilə yerli və beynəlxalq platformalarda uğurla təmsil olunub. Məktəblinin hazırladığı startap qida tullantılarının azaldılması və resurslardan səmərəli istifadəni hədəfləyən həlləri ilə diqqət çəkib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunan VI Qrant Müsabiqəsinin qaliblərindən olan “SnackPack” layihəsi hazırda IDEA İctimai Birliyi ilə əməkdaşlığa başlayıb.

Məktəbin digər şagirdi Məryəm Abdullayeva isə ötən ilin noyabrında Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində təşkil olunan beynəlxalq tədbirlərdə fəal iştirakı ilə seçilib. O, “Children and Youth Pavilion” platformasında könüllü kimi fəaliyyət göstərərək sessiyaların təşkili və koordinasiyasında iştirak edib. Konfrans çərçivəsində təşkil olunan COY20 (Conference of Youth) tədbirində "Logistics Working Group" üzvü kimi beynəlxalq gənc nümayəndələrə təşkilati dəstək göstərən M.Abdullayeva “Azerbaijan Pavilion” platformasında spiker qismində çıxış edərək Azərbaycan gənclərinin iqlim dəyişikliyi və davamlı inkişaf sahəsində baxışlarını beynəlxalq auditoriyaya təqdim edib.

Qeyd edək ki, şagirdlərin əldə etdikləri nailiyyətlər Azərbaycan məktəblilərinin innovasiya, iqlim dəyişikliyi və davamlı inkişaf sahələrində artan fəallığını və potensialını nümayiş etdiri

İran`da her GEÇEN SAAT can kaybı ARTIYOR....
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox