Azedu.az

Kitabxanaçı işləmək istəyənlər imtahan verəcəklər

Xəbərlər

12 Yanvar 2026, 12:29
Kitabxanaçı işləmək istəyənlər imtahan verəcəklər

Naxçıvanda təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbul üçün test imtahanı keçiriləcək. 

NM Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, yanvarın 23-də saat 10:00-da Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbul üçün test imtahanı keçiriləcək. 

Test imtahında 5-15 dekabr 2025-ci il tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 89 namizədin iştirakı nəzərdə tutulur. 

İmtahanda hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunacaq və test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılacaq. 

Qeyd edək ki, müsabiqəyə təhsil müəssisələrində vakant olan kitabxana müdiri vəzifəsi üzrə 32, kitabxanaçı vəzifəsi üzrə isə 2 olmaqla ümumilikdə 34 vəzifə çıxarılıb.

Müsabiqə qrafiki ilə bağlı məlumat linkdə yerləşdirilib.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox