Azedu.az

Geomaqnit qasırğası gözlənilir

Xəbərlər

12 Yanvar 2026, 10:31
Geomaqnit qasırğası gözlənilir

Bu gün tac kütlə atılmaları və tac dəliyi axınlarının təsiri ilə ortasəviyyəli geomaqnit qasırğası (G2) ehtimalı var. Sonra isə rekurrent tac dəliklərinin təsiri ilə 13-16 yanvarda yenidən geomaqnit sahəsinin intensivliyinin G1 səviyyəsinə yüksələ biləcəyi gözlənilir.

Bu barədə AzEdu.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, 12-18 yanvar tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 65%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinin tac dəliyi axınlarının təsiri ilə yenə də normadan yüksək səviyyədə qalacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 5-85%, orta geomaqnit enliklərdə isə 25-30%-dir.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox