Azedu.az

Yeni və rekord sürətli asteroid aşkarlandı

AzEdu Təhsil Platforması

10 Yanvar 2026, 15:42
Yeni və rekord sürətli asteroid aşkarlandı

Alimlər Vera C. Rubin Rəsədxanasının müşahidələri zamanı yeni və qeyri-adi xüsusiyyətlərə malik asteroid aşkar ediblər.

AzEdu.az-ın xarici KİV-dən əldə etdiyi məlumata görə, Məlumata görə, 2025 MN45 adlandırılan bu asteroid təxminən 700 metr diametrə malikdir və öz oxu ətrafında son dərəcə sürətlə fırlanır.

Mütəxəssislər bildirirlər ki, bu ölçüdə olan asteroidlər arasında bu qədər yüksək fırlanma sürəti nadir haldır və tapıntı asteroidlərin daxili quruluşu və dinamikası barədə yeni elmi məlumatlar verə bilər. Araşdırmalar asteroidin Yer üçün təhlükə yaratmadığını göstərir.

Kəşf Günəş sisteminin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.

TƏCİLİ! Ermənilərə XƏBƏRDARLIQ EDİLİDİ: Sərhəddə həyəcan siqnalı
Son xəbərlərDaha çox