Southampton Universitetinin alimləri immun sisteminin xərçəng hüceyrələrinə qarşı daha güclü mübarizə aparmasını təmin edən yeni antikorlar hazırlayıblar.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, “Dörd qanadlı” adlanan bu antikorlar, normalda zəif siqnal alan immun reseptorlarını birləşdirərək T hüceyrələrini tam hücum rejiminə keçirir.
İlkin sınaqlar göstərib ki, bu antikorlar ənənəvi antikorlardan daha effektiv işləyərək xərçəng hüceyrələrini öldürən immun hüceyrələrini aktivləşdirir. Araşdırma nəticələri Nature Communications jurnalında dərc olunub.
Alimlər bildirir ki, bu kəşf immunoterapiyanı daha güclü və təsirli edə bilər, xəstələr üçün yeni ümidlər yaradır.
Zeynəb Tehranlı