Azedu.az

Yeni araşdırma: Şizofreniya sümük sağlamlığına da təsir edir

Xəbərlər

10 Yanvar 2026, 09:35
Yeni araşdırma: Şizofreniya sümük sağlamlığına da təsir edir

Tyantszin Tibb Universitetinin Baş Xəstəxanasının alimləri şizofreniya ilə osteoporoz arasında 195 ümumi genetik lokusun mövcud olduğunu aşkar ediblər.

AzEdu.az bildirir ki, tədqiqatın nəticələri "Genomic Psychiatry" jurnalında dərc olunub.

Həkimlər uzun müddətdir maraqlı bir qanunauyğunluq müşahidə edirlər: ağır düşüncə və qavrayış pozğunluğu olan insanlarda sümük kövrəkliyi və sınıqlara meyillilik daha yüksək olur. Bu hal adətən D vitamini çatışmazlığı, fiziki aktivliyin azlığı və ya antipsixotik preparatların yan təsirləri ilə izah edilirdi.

Tədqiqat çərçivəsində alimlər milli və beynəlxalq məlumat bazalarından əldə edilmiş 500 mindən çox insanın genomunu təhlil ediblər. Aparılan analizlər göstərib ki, şizofreniya və osteoporoz arasında həqiqətən də əhəmiyyətli molekulyar-genetik oxşarlıqlar mövcuddur.

Müəlliflərin bildirdiyinə görə, bu genetik əlaqə skeletin müxtəlif bölgələrinə görə dəyişə bilər. Alimlər hesab edirlər ki, əldə olunan yeni nəticələr həkimlərə sınıq riski yüksək olan xəstələri daha erkən mərhələdə müəyyən etməyə, eləcə də onlar üçün daha təhlükəsiz və effektiv müalicə strategiyaları seçməyə kömək edəcək.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox