Azedu.az

Gəncədə yeniyetmə bıçaqlanıb

AzEdu Təhsil Platforması

10 Yanvar 2026, 08:54
Gəncədə yeniyetmə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən orta məktəblərin birinin qarşısında qeydə alınıb.

Belə ki, şəhər sakini 2010-cu il təvəllüdlü N. Məmmədov bel nahiyəsinin kəsilmiş deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Yeniyetmənin hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox