Azedu.az

Ötən il Naxçıvanda 6 erkən evliliyin qarşısı alınıb

AzEdu Təhsil Platforması

9 Yanvar 2026, 16:30
Ötən il Naxçıvanda 6 erkən evliliyin qarşısı alınıb

Ötən il Naxçıvanda 6 erkən evliliyin qarşısı alınıb.

AzEdu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məlumat verilib.

Qeyd edilib ki, aidiyyəti qurumlarla birgə Şahbuz rayonu Gömür kəndində 1, Sədərək rayonu Sədərək və Dəmirçi kəndlərində 2, Şərur rayonu Aralıq, Qaraburc kəndlərində 2 və Kəngərli rayonu Qarabağlar kəndində isə 1 yetkinlik yaşına çatmayan uşağın toy və nişan mərasimlərinin qarşısı alınıb, valideynlərə qanunamüvafiq izahat verilib. Həmçinin, Sədərək rayonu Dəmirçi kəndində 1 yetkinlik yaşına çatmayan uşağın qohum nikahının qarşısı alınıb.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox