Azedu.az

UNEC aliminin monoqrafiyası ABŞ-də çap olunub

Xəbərlər

9 Yanvar 2026, 14:30
UNEC aliminin monoqrafiyası ABŞ-də çap olunub

Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) gənc alimi, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nərgiz Hacıyevanın “Qarabağın işğalı dövründə iqtisadi fəaliyyətlər (1992-2020): İşğal olunmuş iqtisadiyyatlarda mülkiyyətin istismarı üzrə nümunəvi tədqiqat” adlı monoqrafiyası Nyu-Yorkda SCOPUS indeksli “NOVA Publishing” nəşriyyatı tərəfindən nəşr edilib.

AzEdu.az xəbər verir ki, monoqrafiyada işğal dövründə Qarabağda həyata keçirilmiş qanunsuz iqtisadi fəaliyyətlərin kompleks və sistemli elmi təhlili təqdim olunub. Əsərdə işğal dövründə aparılmış qeyri-qanuni idxal-ixrac prosesləri, illeqal transsərhəd əməliyyatları, qanunsuz patent və ticarət nişanları, əqli mülkiyyət və mülkiyyət hüquqlarının pozulması və təbii resursların qanunsuz istismarı kimi proseslərin iqtisadi və hüquqi təhlili aparılıb.

Monoqrafiyada yeni iqtisadi konsepsiya “occupied economies” – "işğal olunmuş iqtisadiyyatlar" nəzəriyyəsi formalaşdırılaraq təqdim edilib.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox