Azedu.az

UNEC Türkiyədə keçirilən forumda iştirak edəcək

Xəbərlər

9 Yanvar 2026, 12:10
UNEC Türkiyədə keçirilən forumda iştirak edəcək

15-17 yanvar 2026-cı il tarixlərində Türkiyə Respublikasının Rize şəhərində keçiriləcək Uluslararası Karadeniz Rize Ayder Forumu, Qaradeniz və Avrasiya regionunun iqtisadi, enerji, siyasi və diplomatik gündəmini müzakirə edən mühüm beynəlxalq platforma kimi diqqət mərkəzindədir.Forum T.C. Enerji və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Rize Valiliyi və Rize Bələdiyyəsinin himayəsi, Türkiyənin enerji və təbii sərvətlər naziri cənab Alparslan Bayraktarın iştirakı ilə təşkil olunacaq. Tədbirin təşkilati və planlaşdırma işləri Uluslararası Ayder Forumu Dərnəyi tərəfindən həyata keçirilir.

AzEdu.az xəbər verir ki, forum “ENERJİ / Qlobal Təhlükəsizlik və Diplomatiya” ana teması ətrafında keçiriləcək. Tədbirdə enerji təhlükəsizliyi, regional və qlobal enerji rəqabəti, dayanıqlı inkişaf, enerji diplomatiyası, Qaradeniz-Avrasiya regionunda strateji əməkdaşlıq perspektivləri kimi aktual məsələlər müzakirə olunacaq. Forum milli və beynəlxalq səviyyədə ekspertləri, akademikləri, dövlət qurumlarının nümayəndələrini, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçilərini bir araya gətirərək, regionun potensialının qlobal miqyasda daha effektiv şəkildə təqdim olunmasını hədəfləyir.

Forumda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi potensialı yüksək səviyyədə təmsil olunacaq. UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Məmmədov Zahid Fərrux Forumda məruzəçi statusunda iştirak edəcək. Onun çıxışı enerji təhlükəsizliyi, regional enerji strategiyaları və Avrasiya məkanında geosiyasi-iqtisadi proseslər kontekstində aktual elmi yanaşmaları əhatə edəcək. Bununla yanaşı, UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin əməkdaşı, professor, doktor Cemal Zehir Uluslararası Ayder Forumu’nun Elmi Komitəsinin üzvü kimi Forumda yer alacaq və “Qaradeniz - Avrasiya Bölgəsində Enerji Rəqabəti və Enerji Strategiyalarının Gələcəyi” adlı tematik bölməyə sədr (moderator) qismində rəhbərlik edəcək.

Uluslararası Karadeniz Rize Ayder Forumu region ölkələri arasında strateji əməkdaşlığın gücləndirilməsinə, enerji təhlükəsizliyi və diplomatiya sahəsində dialoqun dərinləşdirilməsinə,dayanıqlı və inklüziv inkişaf modellərinin təşviqinə mühüm töhfə verməyi hədəfləyir.Bu Forum Qaradeniz və Avrasiya regionunun iqtisadi və enerji baxımından daha güclü, rəqabətqabiliyyətli və inteqrasiya olunmuş bir məkan kimi formalaşmasına xidmət edən mühüm beynəlxalq təşəbbüs kimi dəyərləndirilir.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox