Azedu.az

Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub

Xəbərlər

9 Yanvar 2026, 11:41
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub

Bakıda "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində ixtisaslı həkim müayinələri təşkil olunub.

AzEdu.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, tibbi müayinələrin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların profilaktik müayinələrini təşkil etmək, onların sağlamlığı ilə bağlı problemlərin erkən aşkarlanması və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

Tibbi müayinələrə 4-17 yaş aralıqlarında 33 uşaq cəlb edilib və onlara 380-dən çox tibbi xidmət göstərilib.

Pediatr, kardioloq, nevroloq, dermatoloq, uroloq, mama-ginekoloq, otorinolarinqoloq, endokrinoloq, hematoloq, terapevt, oftalmoloq, travmatoloq və psixiatrların iştirakı ilə baş tutan müayinələrdə, eyni zamanda ultrasəs müayinəsi (USM), elektrokardioqramma (EKQ) və laborator xidmətlər də göstərilib. Sağlamlıq vəziyyətləri müşahidəyə götürülən uşaqların müalicəsinin Sabunçu Tibb Mərkəzində davam etdirilməsi nəzərdə tutulub.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox