Azedu.az

Təhsil işçiləri üçün onlayn yarış təşkil olunacaq

Xəbərlər

9 Yanvar 2026, 10:14
Təhsil işçiləri üçün onlayn yarış təşkil olunacaq

Yanvarın 24-də saat 20:00-da təhsil işçilərinin iştirakı ilə onlayn turnir keçiriləcək.

AzEdu.az xəbər verir ki, turnir eksperimental formatda təşkil olunacaq və 24 sualdan ibarət olacaq.

Müsabiqədə bütün təhsil müəssisələrinin müəllimləri və inzibati işçiləri, o cümlədən bağça, məktəb, kollec və universitet əməkdaşları iştirak edə bilərlər. Eyni zamanda regional təhsil idarələri, müvafiq agentliklər və Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün də iştirak imkanı yaradılıb.

Turnirdə iştirak üçün qeydiyyat yanvarın 21-də başa çatacaq. Qeydiyyat mərhələsi yekunlaşdıqdan sonra komanda kapitanlarının elektron poçt ünvanlarına oyuna qoşulma ilə bağlı ətraflı məlumat göndəriləcək.

Qeydiyyat linki: //forms.gle/xSuqYrzR63YBwZAu7

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox