Azedu.az

Direktor müavinini döyən müəllimə şiddətli töhmət verilib- YENİLƏNİB

Xəbərlər

9 Yanvar 2026, 11:42
Direktor müavinini döyən müəllimə şiddətli töhmət verilib- YENİLƏNİB

28 oktyabr 2025-ci il tarixində 180 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı ilə münaqişə yaradıb və ona xəsarət yetirib. 

AzEdu.az-ın məktəbdən əldə etdiyi məlumata əsasən, məsələ ilə əlaqədər hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma nəticəsində riyaziyyat müəllimi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən cərimə olunub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunduğu üçün araşdırma davam edir.

Məktəbdə pedaqoji mühitə zidd davranışına, məktəb rəhbərliyinə, müəllimlərə qarşı uyğunsuz münasibətinə və "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna görə qeyd olunan riyaziyyat müəlliminə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

 

09:12

Bakının Qaradağ rayonunda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.

AzEdu.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə tədris prosesi zamanı qeydə alınıb.

Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə müavin çənəsindən və bədənin digər nahiyələrindən xəsarətlər alıb.

Hadisə məktəbdə olan müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.

Məlumata görə, riyaziyyat müəllimi məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox