"3I/ATLAS" UNO (Uçan Naməlum Obyekt) kometasından gələn elektrik toz qasırğası 2026-cı ilin mart ayında Yeri və Yupiteri bürüyəcək.
AzEdu.az-ın Aif.ru-ya istinadən xəbərinə görə, ABŞ-li geoloq Stefan Berns bu qənaətə gəlib.
Onun sözlərinə görə, ulduzlararası obyekt öz "jetləri" vasitəsilə toz və qazlar buraxıb.
"Böyük miqdarda "3I/ATLAS" tozu və qazı buraxılıb. Yer kürəsinin toz kometalarının quyruqları və meteor axınlarının, eləcə də bir çox digər şeylərin içindən keçdiyinə dair tarixi nümunələrimiz var. Lakin bu, olduqca dramatik ola bilər", - deyə Stefan Berns bildirib.
O qeyd edib ki, oxşar hadisə 1833-cü ildə Yerə meteorit yağışı yağanda baş verib. Axının sürəti 70 km/s-yə çatıb və planetimizə təxminən 240 000 meteorit düşüb.
"İnsanlar düşünürdülər ki, bu artıq sondur", - deyə o vurğulayıb.
Lakin planetimiz, çox güman ki, qalıq izlə qarşılıqlı təsir göstərəcək və bu da toz qasırğası şəklində özünü büruzə verəcək, ən böyük zərbəni ulduzlararası obyektin özü, Yupiterin peykləri və Yupiterin özü alacaq.
Xatırladaq ki, "3I/ATLAS" 2025-ci ilin iyul ayının əvvəlində kəşf edilib. Harvard Universitetinin alimi Avi Leb daha əvvəl bunun UNO olduğunu bildirmişdi, çünki onun davranışı adi kometaların davranışından fərqlənir. Ulduzlararası obyekt 19 dekabr 2025-ci ildə Yerə maksimal yaxın məsafədən uçub və hazırda Yupiterin peyklərindən birinə doğru istiqamətlənib.