Azedu.az

Sabahın havası 

Xəbərlər

8 Yanvar 2026, 12:55
Sabahın havası 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

AzEdu.az xəbər verir ki, havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

İranda GƏRGİNLİK ! Güneylilər ayağa qalxdı - Televiziya yandırılır
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox