Peyvəndləmə sayəsində 1980-ci illərdə demək olar ki, tam nəzarət altına alınan göyöskürək xəstəliyi son illərdə yenidən yayılmağa başlayıb.
AzEdu.az-ın məlumatına görə, əksər hallarda soyuqdəymə ilə qarışdırılan bu xəstəlik körpələr və azyaşlı uşaqlar üçün ciddi ölüm riski daşıyır.
Mütəxəssislər xəstəliyin yenidən yayılmasında peyvənd əleyhdarlığının artmasını əsas səbəblərdən biri hesab edirlər.
Güclü öskürək tutmaları və nəfəs darlığı ilə səciyyələnən göyöskürək, 80-ci illərdə geniş peyvənd proqramları nəticəsində nəzarət altına alınmışdı. “100 günlük öskürək” adı ilə tanınan xəstəlik son illərdə dünyada yenidən artım tendensiyası göstərir. Göyöskürək ağciyərləri və tənəffüs yollarını zədələyən, yüksək yoluxucu bakterial infeksiyadır və son illərdə Avropa ölkələri ilə ABŞ-də yayılmaqda davam edir.
Zeynəb Tehranlı