Azedu.az

"Örnək müəllim" qrant müsabiqədə qalib olub​​​​​​

Xəbərlər

8 Yanvar 2026, 09:40
"Örnək müəllim" qrant müsabiqədə qalib olub​​​​​​

IX qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib gəlmiş "Riyaziyyatda fərq yarat" layihəsinin açılış mərasimi keçirilib.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. 

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində təhsil kursunun materiallarına əsaslanan 3 aylıq dərs proqramı hazırlanacaq və 20 nəfər şagirdə 2 qrupda həftədə 1 dəfə, hər dərs 2 saat olmaqla tədris ediləcək. Ümumilikdə 24 saatlıq dərs proqramı çərçivəsində şagirdlərin qavrama səviyyəsi aylıq imtahanlarla qiymətləndiriləcək.

Xatırladırıq ki, "Riyaziyyatda fərq yarat" adlı layihə Tatar kənd tam orta məktəbdə "Örnək müəllim" Murad Rəsulzadə tərəfindən həyata keçirilir. 

Putin Zelenskini oğurlayacaq - Ardınca isə - Xəbəriniz Var?
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox