"Tələbələr hələ də özlərini imtahan verən abituriyent kimi görürlər. Lakin hər bir problemi sistem üzərinə yıxmaq düzgün deyil. İnsanın özünü inkişaf etdirməsi üçün bütün şərait mövcuddur və bu baxımdan tələbələrin əksəriyyəti imkanlardan düzgün yararlana bilər. İmtahan mexanizmini tələbə özünü inkişaf vasitəsi kimi qəbul etməlidir.
Məsələn, tələbə 1-ci semestr imtahanında təhsil alırsa, o, özünü artıq oxuduğu ixtisasın kadr namizədi kimi görməlidir. Tələbə bilməlidir ki, verdiyi hər bir imtahan həmin sahədə lazım olan bilik və sillabusların toplusudur. İmtahan prosesini və özünü bu kontekstdə qiymətləndirmək tələbənin peşəkar inkişafına xidmət edir".
Bu fikirləri AzEdu.az-ın "TəhsilSİZ" verlişində təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.
Verlişi ətraflı izləyə bilərsiz: