Qusar rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var.
AzEdu.az xəbər verir ki, hadisə yanvarın 7-də gecə saatlarında baş verib.
1962-ci il təvəllüdlü Riman Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərləniblər.
R.Əlsultanov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Araşdırma aparılır.