Azedu.az

23 yaşlı oğlan qətlə yetirilib, yeniyetmə saxlanılıb

AzEdu Təhsil Platforması

7 Yanvar 2026, 10:09
23 yaşlı oğlan qətlə yetirilib, yeniyetmə saxlanılıb

Gəncədə qətl hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Z.Rzayev tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 17 yaşlı Ö.T. saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları
Son xəbərlərDaha çox