Azedu.az

Yazılı, şifahi, yoxsa elektron? - Universitet imtahanlarında XAOS

Xəbərlər

6 Yanvar 2026, 15:24
Yazılı, şifahi, yoxsa elektron? - Universitet imtahanlarında XAOS

Bəzi universitetlərdə hələ də yazılı imtahanlar keçirilir. Digərlərində şifahi, bəzilərində isə elektron imtahan formaları tətbiq olunur. Bu, əsasən ali təhsil müəssisələrinin daxili siyasəti ilə müəyyənləşdirilir.

Bəs bu gün texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə niyə bütün imtahanlar elektron formatda keçirilmir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hazırda tələbələr daha çox test formasında keçirilən imtahanlara üstünlük verirlər:

“Azərbaycanda fəaliyyət göstərən hərbiləşdirilmiş universitetlər istisna olmaqla, həm özəl, həm də dövlət universitetləri Elmi Şuralarının qərarlarına əsaslanaraq fəaliyyət göstərir və imtahan formalarını müstəqil şəkildə müəyyən edirlər. Etiraf etmək lazımdır ki, bu gün tələbələr daha çox test formasında olan imtahanlara üstünlük verirlər. Çünki onlar test imtahanlarına artıq alışqındırlar. Digər tərəfdən, test imtahanlarında bütün hallarda bir düzgün cavab mövcud olur və mövzunu müəyyən qədər bilən, hazırlıqlı olan tələbə bu tip suallara daha asanlıqla cavab verə bilir.

Universitetlərdə vahid imtahan sisteminin tətbiq edilməməsinin əsas səbəblərindən biri də texniki imkanlarla bağlıdır. Elə ali təhsil müəssisələri var ki, çoxsaylı tələbəni eyni vaxtda bir neçə auditoriyada imtahana cəlb edəcək qədər texniki avadanlığa, maddi-texniki bazaya və uyğun şəraitə malik deyillər. Bu problem xüsusilə bəzi özəl universitetlərdə daha qabarıq şəkildə özünü göstərir. Dövlət universitetlərində isə adətən hər fakültə üzrə bir neçə auditoriya ayrılır və elektron imtahanların keçirilməsi üçün müəyyən imkanlar mövcuddur. Lakin təəssüf ki, bir çox universitetlərdə mövcud maddi-texniki baza bu imkanları tam şəkildə təmin etmir”.

Bəzi universitetlərdə bir zalda eyni anda 200-300 tələbənin imtahan verməsi ciddi problemlər yaradır:

“Lakin əksər ali təhsil müəssisələri bu cür kütləviliyi təşkil edə bilmir. Nəticədə imtahan sessiyasının müddəti uzanır və bəzi hallarda Elmi Şuranın qərarına əsasən proses daha çox tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsinə deyil, sessiyanın hansısa formada başa çatdırılmasına yönəlir. Təəssüf ki, bu cür hallar da mövcuddur”.

Xameneiyə ŞOK XƏBƏRDARLIQ - Hazır ol, ö*ldürüləcəksən!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox