Azedu.az

Alanya məktəbində yanğın: dərslər dayandı

Xəbərlər

5 Yanvar 2026, 17:09
Alanya məktəbində yanğın: dərslər dayandı

Antalyanın Alanya rayonunda yerləşən Kemal Şüberi İbtidai Məktəbində yanğın hadisəsi baş verib.

AzEdu.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məktəbin giriş mərtəbəsindəki 1A sinif otağında kondisioner qurğusunda yaranan nasazlıq səbəbindən alov meydana gəlib. Hadisə zamanı məktəbdə şagirdlərin olmadığı bildirilir və xəsarət alan olmayıb. Yanğın nəticəsində sinif otağı ciddi ziyan görərək istifadəyə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları, polis və Fövqəladə Hallar İdarəsinin əməkdaşları cəlb olunub. Məktəb əməkdaşları və fövqəladə xidmətlərin operativ müdaxiləsi sayəsində alov qısa müddətdə nəzarət altına alınıb və binada heç kimin olmadığı müəyyən edilib. Valideynlər övladlarının təhlükəsizliyindən əmin olmaq üçün məktəbə gəliblər.

Alanya rayon icra hakimiyyətinin başçısı Şakir Öner Öztürk hadisə yerində vəziyyətlə tanış olub. O bildirib ki, yanğın kiçik miqyaslı olub və günorta fasiləsində baş verməsi mümkün ağır nəticələrin qarşısını alıb. Məktəb rəhbərliyi zərər görmüş sinif otağını qısa müddətdə təmir edəcək və təhlükəsizlik məqsədilə bu gün günortadan sonra və sabah üçün dərslər dayandırılıb.

Zeynəb Tehranlı

İranda dəhşətli olay - Etirazçılar belə öldürülür
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox