Azedu.az

Kənddə çalışan gənc müəllimlərə 20,1 milyon manat ayrılır

Xəbərlər

5 Yanvar 2026, 14:44
Kənddə çalışan gənc müəllimlərə 20,1 milyon manat ayrılır

Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd yerlərində yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Həmçinin 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin aylıq vəzifə maaş-larına müəyyən edilmiş əlavələrin verilməsinəı 212,8 milyon manat vəsait xərclənəcək. 

İranda etirazçılara SƏRT XƏBƏRDARLIQ - Hamını məhv edəcəyik!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox