Azedu.az

Energetika nazirinin müavinləri harada təhsil alıblar?

Xəbərlər

6 Yanvar 2026, 09:12
Energetika nazirinin müavinləri harada təhsil alıblar?

Energetika Nazirliyi ölkənin enerji sektorunun səmərəli inkişafını təmin edən, dövlətin enerji siyasətini işləyib hazırlayan və onun idarəolunmasını həyata keçirən əsas qurumlardan biridir. Bu qurumda qəbul edilən qərarların effektivliyi birbaşa rəhbər heyətin peşəkarlığından asılıdır.

Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri və akademik hazırlığı onların həyata keçirdikləri islahatların mahiyyətini düzgün dəyərləndirməyə imkan verir.

AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.

Bu yazıda energetika naziri Pərviz Şahbazovun müavinləri - Samir Vəliyev, Elnur Soltanov, Kamal Abbasov və  Orxan Zeynalovun  təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.

 

 

 

 

 

175636

Samir Vəliyev 1962-ci ildə Bakı şəhərində anadan olub.

1984-cü ildə Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və ingilis dili tərcüməçisi ixtisası üzrə bitirib.

1984–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.

1992–2017-ci illərdə Xarici İqtisadi ƏlaqələrTicarətDövlət Əmlakİqtisadi İnkişafİqtisadiyyat və Sənaye, habelə İqtisadiyyat nazirliklərində rəhbər vəzifələrdə, o cümlədən aparat rəhbəri vəzifəsində çalışıb. Bu müddət ərzində o, Nazirliyin işlər müdiri olaraq ilk dəfə Nazirlər Kabinetinin 27 mart 2002-ci il tarixli 51 nömrəli Qərarə ilə Kollegiya üzvü təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 1025 nömrəli Sərəncamı, 14 oktyabr 2004-cü il tarixli 455 nömrəli Sərəncamı və sair sərəncamları ilə Samir Vəliyev müxtəlif dövlətlərarası, hökumətlərarası və idarələrarası komissiyalarda Azərbaycan Respublikasını təmsil edib.

2017-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsində çalışır.

Dünya Bankı tərəfindən həyata keçirilən 'Doing business' layihəsi və onun davamı olan 'Əlverişli biznes mühiti' layihəsində energetika sahəsi üzrə işçi qruplara rəhbərlik edir.

2020-cu ildən bəri energetika sahəsində keçirilən hüquqi islahatlar üzrə məsul şəxsdir. Bu islahatlar çərçivəsində "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında", "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında", habelə yeni "Energetika haqqında" və "Elektroenergetika haqqında" qanunlar əsasən bilavasitə S.Vəliyevin kurasiyasında olan hüquqşünaslar tərəfindən ərsəyə gətirilib.

Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışır.

Nazir müavini Qarabağın

Elnur Soltanov Mingəçevir şəhərində doğulmuşdur. Əslən Zərdabın Məlikli kəndindəndir.

2003-cü ildə Orta Şərq Texniki Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi və 2003-cü ildə Texas Texnologiya Universitetində (2009) Siyasət elmləri namizədi adını almışdır.

O, 2000–2003-cü illər ərzində Türkiyənin Ankara şəhərində Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) nəzdində araşdırmaçı vəzifəsində çalışmışdır. ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru olmuş Elnur Soltanov universitetdə çalışmağa başlamazdan öncə,Truman Dövlət Universitetində çalışmışdır. Eyni zamanda, O, ADA universitetinin "Diplomatik və beynəlxalq əlaqələr" fakültəsinin dekanı vəzifəsində çalışmışdır

Elnur Soltanov 28 dekabr 2018-ci ildə Azərbaycanda energetika nazirinin yeni müavini təyin olunmuşdur. 

 

175640

Kamal Abbasov 1962-ci ildə Bakı şəhərində anadan olub.

1979–1985-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun xarici iqtisadi əlaqələr fakültəsində təhsil alıb.

1983–1988-ci illərdə SSRİ-nin Yəmən və İraqdakı Ticarət nümayəndəliklərində və Xarici Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

1988–1998-ci illərdə Azərbaycan SSRİ-nin Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının Nazirlər Kabinetində işləyib.

1998–2013-cü illərdə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar” və “Qaz ixrac” idarələrində rəhbər vəzifələrdə çalışıb.

2013–2020-ci illərdə “SOCAR”-ın Qaz ixrac idarəsində marketinq üzrə rəis müavini kimi fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 19 may 2020-ci il tarixli Sərəncamı ilə Energetika nazirinin müavini vəzifəsinə təyin edilib.

2012-ci ildə “Tərəqqi” medalı, 2017-ci ildə isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

 

175642

Orxan Zeynalov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr təhsil pilləsini bitirib.

Eyni zamanda, 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb.

2003-2020-ci illər ərzində Xarici İşlər Nazirliyi (XİN) sistemində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2003-2004-cü illərdə XİN-də enerji, nəqliyyat və ətraf mühit üzrə mütəxəssis, 2005-2007-ci illərdə Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyində iqtisadi-ticarət məsələləri üzrə attaşe, 2008-2009-cu illərdə XİN mərkəzi aparatında regional iqtisadi təşkilatlar üzrə məsul əməkdaş, 2010-

2012-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyində, həmçinin, ATƏT yanında Daimi Nümayəndəlikdə müxtəlif vəzifələrdə çalışıb.

2013-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Enerji, Ətraf Mühit və Minerallar Departamentinin müdiri (D2) vəzifəsinə seçilərək, 2013-2016-cı illər ərzində sözügedən təşkilatda Azərbaycanı təmsil edib.

2018-ci ildə XİN sisteminə bərpa olunaraq, Avropa İttifaqı (Aİ) şöbəsinin müdiri və 2017-ci ilin fevral ayından Aİ-Azərbaycan Yeni İkitərəfli Sazişi üzrə Azərbaycan tərəfdən sektoral danışıqlar qrupunun rəhbəri və baş danışıqçının müavini olub. 2016-2017-ci illərdə “Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri 2018-2020” sənədi üzrə Azərbaycan tərəfindən danışıqlar prosesinin aparılması və sənədin razılaşdırılmasında bilavasitə iştirak edib.

2018-ci ildə Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin müşaviri vəzifəsinə təyinat alaraq, 2020-ci ilin dekabr ayınadək bu vəzifədə çalışıb. Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

8 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə energetika nazirinin müavini təyin edilib.

 

 

Xameneiyə ŞOK XƏBƏRDARLIQ - Hazır ol, ö*ldürüləcəksən!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox