Azedu.az

Balaca ürəklərə Yeni il sevinci: “Qırmızı papağın Yeni il sərgüzəştləri” tamaşası

Xəbərlər

5 Yanvar 2026, 10:22
Balaca ürəklərə Yeni il sevinci: “Qırmızı papağın Yeni il sərgüzəştləri” tamaşası

Yeni il bayramı münasibətilə uşaqlarda bayram əhval-ruhiyyəsinin yaradılması, onların dünyagörüşünün genişləndirilməsi və mədəni dəyərlərə marağının artırılması məqsədilə Hökməli qəsəbə 31 saylı körpələr evi–uşaq bağçasında “Qırmızı papağın Yeni il sərgüzəştləri” adlı tamaşa balaca izləyicilərə təqdim olundu.

AzEdu.az xəbər verir ki, sevimli nağıl qəhrəmanlarının iştirakı ilə nümayiş etdirilən tamaşa uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılandı. Rəngarəng səhnə tərtibatı və maraqlı obrazlar balacaların diqqətini cəlb etməklə yanaşı, onlara dostluq, xeyirxahlıq və diqqətli olmağın vacibliyini aşıladı.

Tamaşa boyunca uşaqlar qəhrəmanlarla birgə gülüb, əylənərək öyrəndilər. Tədbir balacaların yaddaşında xoş təəssüratlarla qalaraq, onların Yeni il sevincinə sevinc qatdı.

Tramp tətiyə basdı - Xamenei üçün əcəl zəngi çalınır
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox