Azedu.az

Uşaq evində bilik yarışı keçirilib

Xəbərlər

4 Yanvar 2026, 11:23
Uşaq evində bilik yarışı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar arasında bilik yarışı təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AzEdu.az-a verilən məlumata görə, yarış uşaqların bilik səviyyəsinin artırılması, intellektual bacarıqlarının inkişaf etdirilməsi, komandada işləmə vərdişlərinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb. Hər komandada beş nəfərin iştirak etdiyi yarışda ümumilikdə 20 uşaq mübarizə aparıb.

Bilik yarışı müxtəlif sahələri əhatə edib. Uşaqların dünyagörüşü, məntiqi düşünmə bacarıqları, Azərbaycan tarixi və mədəniyyəti barədə bilikləri yoxlanılıb.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox