Qazaxıstan bu il təhsildə süni intellekti daha fəal şəkildə tətbiq etməyi planlaşdırır.
AzEdu.az xəbər verir ki, bu barədə "Tengrinews" məlumat yayıb.
Təhsil nazirinin müavini Asılbek Ahmetcanovun sözlərinə görə, nazirlik milli rəqəmsal profil sistemi və Milli Təhsil Platforması yaratmağa başlayıb.
"2026/2027 tədris ilindən başlayaraq, süni intellekt repetitorlarından da istifadə olunacaq. Kiçik məktəblər üçün pilot bölgələrdə Qazaxıstan Rəqəmsal Məktəbi adlı layihəyə başlanılacaq", - deyə o bildirib.
Xatırladaq ki, 2026-cı il Qazaxıstanda Rəqəmsallaşma və Süni İntellekt İli elan edilib.