"Google" şirkətinin tibbi rəy və məsləhətlər verən "AI Overviews" funksiyası insanların sağlamlığına zərər verə biləcək yalan və çaşdırıcı məlumatlar yayır.
AzEdu.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.
Araşdırmalara görə, bu süni intellektin (AI) yaratdığı bəzi xülasələrin, demək olar ki, ilk sətri yalanla başlayır və həkimlərin tövsiyələrinə ziddir.
"Məsələn, "Google" səhvən mədəaltı vəzi xərçəngindən əziyyət çəkən insanlara çox yağlı qidalardan uzaq durmağı tövsiyə edib. Yaxud mühüm qaraciyər funksiyası testləri haqqında yalan məlumat verib ki, bu da ciddi qaraciyər xəstəliyi olan insanların səhvən sağlam olduqlarına inanmasına səbəb ola bilər", - məqalədə deyilir.
"Süni intellektdən istifadədə əsas risk tənqidi düşüncənin olmamasıdır", - araşdırmalardan belə bir qənaət hasil olur.