"Yeni il öz vərdişlərinizi yenidən nəzərdən keçirmək, daha sağlam və diqqətli həyat yaşamağa başlamaq üçün əla zamandır".
AzEdu.az-ın xəbərinə görə, bu barədə rusiyalı psixoloq Marina Rozenova KP.ru-ya müsahibəsində danışıb.
O, gündəlik həyatda tətbiq etməyə dəyər beş vərdişi açıqlayıb: "Gün ərzində bir neçə rəqs hərəkəti etməyə çalışın. Öz ritminizdə, sevdiyiniz musiqinin müşayiəti altında, yaxud özünüz musiqi parçasını zümzümə edə bilərsiniz. Bu, həm yaxşı fiziki məşq, həm də əla əhvali-ruhiyyənin təminatıdır".
Rəqsdən əlavə, psixoloq günə yüngül dartınma, qulaq və üz masajı və güzgüdə gülümsəməklə başlamağı tövsiyə edib.
"Təmiz havada gündəlik gəzintilər və müntəzəm olaraq təmiz su içmək sağlamlığı və gümrah ruhu qorumağa kömək edəcək. Daha bir faydalı vərdiş isə planlaşdırmadır. Növbəti gün üçün plan quraraq, işləri nəzarətdə saxlamaq, nailiyyətləri görmək və müsbət emosional əhvalı qorumaq mümkündür. Hətta gündəlik kiçik addımlar belə həyat keyfiyyətini tədricən yaxşılaşdırır, hər günü daha məhsuldar və sevincli edir", - deyə psixoloq bildirib.