Azedu.az

2026-cı ilin ilk səma şousu: Super Ay və meteor yağışı

Xəbərlər

3 Yanvar 2026, 09:13
2026-cı ilin ilk səma şousu: Super Ay və meteor yağışı

2026-cı ilin ilk Super Ay hadisəsi bu həftə sonu müşahidə olunacaq.

AzEdu.az CNN-ə istinadən xəbər verir ki, səma şousunu yanvarın 3-də müşahidə etmək mümkün olacaq.

NASA-nın Planet Elmləri, Geologiya, Geofizika və Geokimya Laboratoriyasının direktoru Noa Petronun sözlərinə görə, Super Ay o qədər parlaq və böyük olacaq ki, başqa bir səma hadisəsi - Kvadrantid meteor yağışının müşahidəsini çətinləşdirəcək.

Məlumata görə, meteor yağışı məhz yanvarın 3-də pik nöqtəsinə çatacaq. Müşahidə üçün ən yaxşı vaxt isə yanvarın 4-də gecəyarısından sübhə qədər olacaq.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox