Dekabrın 31-də saat 21:00-da 2009-cu il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
AzEdu.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda qeyd olunub ki, ona döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib:
"Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb".
16:14
Cəlilabadda gənclər arasında mübahisə düşüb, bıçaqlanan var.
AzEdu.az xəbər verir ki, hadisə şəhər mərkəzində, Heydər Əliyev Seyrəngahında qeydə alınıb.
Burada gənclər arasında mübahisə yaranıb. Mübahisə zəminində Cəlilabad rayon Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü, M. Əsgərəli bıçaq xəsarətləri alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub və ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq cərrahi əməliyyata alınıb.
Həkimlər onun vəziyyətini stabil olduğunu deyirlər.
Əməli törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.