Yaponiya Tohoku Universiteti 2027-ci ildən etibarən beynəlxalq tələbələr üçün təhsil haqqını artıracağını açıqlayıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, artım bakalavriat və magistr proqramlarında şamil olunacaq və universitetin hesablamalarına görə, ödəniş yerli tələbələrə nisbətən təxminən 1,7 dəfə çox olacaq. Universitetin məqsədi beynəlxalq tələbələrin sayını artırmaq və istedadlı tələbələr üçün yeni təqaüdlər təqdim etməkdir.
Bu addım, Yaponiyanın milli universitetləri arasında təhsil haqqı siyasətində ciddi dəyişiklik hesab olunur.