Azedu.az

Məşhur personaj "Disney"ə milyardlarla dollar qazandırdı

Xəbərlər

1 Yanvar 2026, 09:59
Məşhur personaj "Disney"ə milyardlarla dollar qazandırdı

Məşhur "Lilo & Stitch" Hollivud franşizasının qəhrəmanı olan yadplanetli Stitç "Disney"in 2025-ci ildə ən böyük maliyyə uğuru olub.

AzEdu.az THR-ə istinadən xəbər verir ki, "Lilo & Stitch"in rimeyki dünya miqyasında 1.04 milyard dollar gəlir əldə edərək ilin ən çox gəlir gətirən filmlərindən birinə çevrilib. Stitç məhsullarının satış həcmi təkcə 2025-ci maliyyə ilində 4 milyard dolları keçib.

Film həmçinin "Disney+" tarixində ikinci ən yaxşı açılış göstəricisini nümayiş etdirib (5 gündə 14.3 milyon baxış).

Xatırladaq ki, orijinal cizgi filmi 2002-ci ildə ekranlara çıxıb.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox