AzEdu.az xatırladır ki, 2026-cı il Şərq təqviminə görə "Alovlu qırmızı at ili" hesab olunur.
At ili ənənəvi olaraq aktivlik, sürət, dəyişiklik və irəliləyiş simvolu kimi xarakterizə edilir. İlin xüsusiyyətləri isə populyarlıq, azadlıqsevərlik, çalışqanlıq, həvəslilik, yaradıcılıq, bacarıqlılıq, ünsiyyətcillik və iddialılıqdır.
2026-cı il cümə axşamı günü başlayır və cümə axşamı günü də başa çatacaq. İldə 52 həftə və 1 gün var.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib.
AzEdu.az kollektivi olaraq, 2026-cı ilin gəlişi münasibətilə Azərbaycan xalqını təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayırıq!