Avstraliyanın Şimali Sidney sahili yaxınlığında qayıq qəzası baş verib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Palm Beach ərazisində, Barrenjoey Headland yaxınlığında güclü dalğalar nəticəsində qayıq aşıb.
Hadisə zamanı bir kişi sudan çıxarılaraq həkimlərə təhvil verilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qayığın sərnişini olduğu ehtimal edilən 14 yaşlı oğlan isə itkin düşüb.
Polisin məlumatına görə, daha bir kişi helikopter vasitəsilə xilas edilib. İtkin yeniyetmənin axtarışlarına polis helikopteri və dəniz xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Zeynəb Tehranlı